
DÇ-2014-də Argentina yığmasını finala qədər yüksəldən baş məşqçi Alexandro Sabelya tutduğu postdan gedəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə 60 yaşlı mütəxəssisin mətbuat katibi Euqeyno Lopez yerli radioya danışıb.
O, Sabelyanın Argentina yığması ilə yola davam etməyəcəyini bildirib: "Argentinanı məğlubiyyətsiz finala qədər yüksəltdi. O, öz tapşırığını yerinə yetirdi. Hər şey etdi, indi isə ayrılma vaxtının gəldiyini düşünürəm".









                 





    
    
    
    
    
    
    
    
    






















































