DÇ-2014-ün yarımfinalında Almaniya yığmasına 7:1 hesabı ilə məğlub olan Braziliyanın baş məşqçi postunun Joze Mourinyoya təklif edildiyi iddia edildi. Sportnet.az-ın məlumatına görə, Luis Felipe Skolari ilə yolların ayrılması gözlənildiyi bir vaxtda Mourinyo "sanbaçılar"ın təklifini qəbul etməyib.
Braziliya və İspaniya mətbuatının iddiasına inansaq, Braziliya Futbol Federasiyası portuqaliyalı mütəxəssisə2018-ci ilə qədər müqavilə də təklif edib. Lakin "Çelsi" ilə 3 illik müqaviləsi olan don Joze bu təklifə müsbət yanaşmayıb.
Qeyd edək ki, 2010-cu ildə "Real Madrid"də çalışan Joze Mourinyo Portuqaliya Futbol Federasiyasından təklif alıb. Lakin həmin vaxt Madrid klubu müqaviləsi olduğu üçün ona 2 yerdə işləməyə icazə verməyib.