
Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari DÇ-2014-ün yarımfinalında Almaniyadan aldıqları məğlubiyyətin yaxın 1000 ildə təkrarlanmayacağını bildirib. Sportnet.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis həmin nəticəni "dəhşətli təsadüf" adlandırıb.
Skolari ilk yarıda almanların onların qapısı qarşısına yaxınlaşdıqları epizodların sayını göstərməklə, dediklərini sübut etməyə çalışıb: "Rəqib cəmi 7 dəfə qapımıza tərəf yaxınlaşa bilib. Bunlardan beşi qolla nəticələnib. Oyunun videotəkrarını sizə göstərsəm, görərsiniz ki, 2-ci hissədə bizim imkanlarımız oldu".
Qeyd edək ki, Braziliya yığması bu gecə Hollandiya ilə 3-cü yer uğrunda oyunda qarşılaşacaq.