Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2025-ci il üçün açıqladığı Qadağan edilmiş maddələrin siyahısı 1 yanvar 2025-ci il tarixindən etibarlıdır.
Sportnet.az xəbər verir ki, siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.
2025-ci il üçün açıqlanan Qadağan edilmiş
maddələrin siyahısı Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi, izahlı qeydlər və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.
2025-ci il üçün Qadağan edilmiş maddələrin siyahısı ilə tanış olmaq üçün www.amada.az/doping-nezareti/qadagan-edilmis/ linkinə keçid edə bilərsiniz.