
Bu gün Xocalı soyqırımından 33 il ötür.
Sportnet.az xəbər verir ki, tarixin qanlı faciələrindən biri olan Xocalı hadisələrinin ildönümü ölkəmizdə dərin kədərlə qeyd olunur, minlərlə insan Xocalı soyqırımı abidəsini ziyarət edir.
Gənclər və İdman Nazirliyinin kollektivi də abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini anıblar.