
Dünyada ilk dəfə keçirilən Red Bull-un Tetris® turnirinə artıq Azərbaycanda da start verilib. Ən yüksək nəticə göstərən iştirakçılar Milli Finalda yarışacaq, qalib isə 11 - 13 dekabrda Dubayda keçiriləcək Dünya Finalında ölkəmizi təmsil etmək şansı qazanacaq.
4 iyulda ölkəmizdə rəsmi şəkildə başlayan seçim mərhələsi 26 oktyabradək davam edəcək.
Milli Final 4 noyabrda keçiriləcək və qalib iştirakçı 11–13 dekabr tarixlərində Dubayda baş tutacaq Dünya Finalına vəsiqə qazanacaq.
Üç gün davam edəcək Dünya Finalında musiqi çıxışları, immersiv şoular və 13 dekabr tarixində “Dubai Frame” fonunda 2000-dən çox dronla real vaxtda nümayiş olunacaq unikal Tetris oyunu təqdim ediləcək.
Qızıl Tetrimino tapanları isə xüsusi mükafat gözləyir!
Tetris®-in ən nadir və xüsusi fiquru olan Qızıl Tetrimino oyun zamanı təsadüfi şəkildə ortaya çıxır. Bu fiquru uğurla silən oyunçular arasından dünyanın müxtəlif ölkələrindən seçiləcək 5 nəfər, Dubaya – Dünya Finalını yerində izləməyə xüsusi qonaq qismində dəvət olunacaq.
Turnir 18 yaşdan yuxarı bütün oyunçular üçün açıqdır.
İştirak etmək istəyənlər əvvəlcə redbull.az/tetris saytına daxil olub oyunu oynamalıdır. Qeyd edək ki, oyunu yalnız mobil cihaz üzərindən oynamaq mümkündür.
Oyun başa çatdıqdan sonra iştirakçılar “Yadda saxla və göndər” düyməsinə klikləməli, ardınca qeydiyyat mərhələsini tamamlayaraq topladıqları xalları təsdiqlətməlidirlər.
Bu fürsəti qaçırma! Telefonunu götür, oyuna elə indi başla – bəlkə də Dubay finalçısı sənsən!