
Bü gün Gəncə Stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, rəsmi hissədə çıxış edən III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri, Baş nazirin müavini Samir Şərifov yarışın uğurla yekunlaşdığını bildirib.
Şərifov 7 şəhərdə, MDB-nin 8, əlavə dəvət olunmuş 5 ölkənin iştirakı ilə 535 dəst medal uğrunda fərdi və komanda şəklində mübarizə aparmış bütün idmançılara minnətdarlığını bildirib.
O, idmançıların uğurlarının gələcək nailiyyətlərə əminliklə baxmağa əsas verdiyini vurğulayb.
Təşkilat Komitəsinin sədri MDB Oyunlarında ən yüksək standartların təmin olunduğunu diqqətə çatdırıb.
Şərifov MDB Oyunlarını bağlı elan edib.
Daha sonra MDB Oyunları bayrağı Azərbaycanın yüksək əyarlı medallar qazanmş idmançıları tərəfindən endirilib və növbəti ev sahibinə təqdim olunması üçün təhvil verilib.
Daha sonra Azərbaycanın Dövlər Himni səsləndirilib və atəşfəşanlıq olub.
Tədbir bədii hissə ilə davam etdirilib.