Bu gün veteran futbol həkimi, Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun "50 il futbolda" kitabının təqdimatı keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, MOK vitse-prezidenti, İdman Veteranları İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova, Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, əməkdar hakim, tanınmış idman hakimi Esmeralda Ələkbərova, futbol veteranı Nazim Süleymanov, Asim Xudiyev və kitabın redaktoru Vüqar Məmmədov iştirak ediblər.
Səhnəyə gələn iştirakçılar əməkdar həkim Boris Xetaqurova xoş sözlərini deyib, arzularını səsləndiriblər.
Tədbirin sonunda da "50 il futbolda" kitabı imzalanaraq iştirak edən üzvlərə paylanıb və imza saatı təşkil olunub.














































































