1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-dan İslamiada üçün iki briqada
IV İslam Həmrəyliyi Oyunlarında futbol matçlarını idarə etmək üçün Azərbaycandan iki hakimlər briqadası ayrılacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Report”a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirib.
O, deyib ki, bununla bağlı İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən (AİHOƏK) AFFA-ya müraciət olunub. X.Məmmədovun sözlərin görə, briqadaların tərkibi hələlik müəyyənləşməyib: "Bununla bağlı bizə dünən müraciət olunub. İslamiadada futbol matçlarını idarə etmək üçün 2 referi və 6 köməkçi-hakim ayıracağıq. Lakin birqadaların tərkibini hələ müəyyənləşdirməmişik”.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 – 22 mayda Bakıda keçiriləcək.