1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Meksika Qran-prisi “Formula 1”in təqvimindən çıxarılır
Meksika Qran-prisi "Formula 1” üzrə dünya çempionatının təqvimindən çıxarıla bilər.
Sportnet.az "Autosport”a istinadən xəbər verir ki, bu barədə Meksika prezidenti Andres Manuel Lopes Obrador bildirib. Dövlət başçısı 2019-cu ildən sonra hökumətin yarışa dəstək vermək niyyətində olmadığını bəyan edib.
Beləliklə, maliyyə dəstəyi olmadan bu ölkədə Qran-prinin təşkili şübhə altına düşüb.
Qeyd edək ki, 21 mərhələdən ibarət "Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada "Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran-prisi aprelin 26-28-də baş tutacaq. Meksika Qran-prisi isə 25-27 oktyabrda təşkil ediləcək.