
"Əminəm ki, Çin və Azərbaycanda keçirilmiş son iki Qran-pridə startım yaxşı alınmışdı. Ən yaxşısı isə Çində olmuşdu".
Sportnet.az AutoCity.az-a istinadən xəbər verir ki, bunu "Formula 1"də çıxış edən "Mercedes" pilotu Lüis Hemilton deyib. 5 qat dünya çempionu bildirib ki, Bakıdakı yarışda komanda yoldaşı Valtteri Bottası üstələyə bilməməsinin səbəbini belə izah edib: "Bottası ötmək istəyirdim. Eyni zamanda ehtiyatlı olmalı və ona kifayət qədər yer verməli idim. Əsas məsələ birinci cərgəni qorumaq idi. Buna görə də güzəştə getməli oldum".
Qeyd edək ki, ilk 4 mərhələdən sonra Valtteri Bottas 87 xalla 1-ci, Lüis Hemilton 86 xalla 2-ci pillədədir. Növbəti mərhələ 10 - 12 mayda İspaniyada keçiriləcək.