Formula 1 üzrə Yaponiya Qran-prisi təxirə salına bilər.
Sportnet.az xəbər verir ki, F1 rəhbərliyi Yaponiyanın cənubundan hərəkət edən tayfunu izləyirlər. Tayfun Suzuka halqasına yaxınlaşacağı təqdirdə, küləyin sürətinin 240 km/saat olacağı gözlənilir.
GrandPx nəşri yazır ki, FİA və F1 rəhbərliyi baş vermiş son hadisələri və F2 pilotu Antuan Yuberin vəfatını nəzərə alaraq Yaponiya Qran-prisini təxirə salacaq.
Qeyd edək ki, sonuncu belə hal 2014-cü ildə məhz Yaponiya Qran-prisində olmuşdu. Həmin yürüş Jül Byanki adlı pilotun ölümü ilə nəticələnmişdi.