
Azərbaycanın yeniyetmə və gənc badmintonçuları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanıb.
Sportnet.az-ın Tatarıstan paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, oğlan badmintonçuların şəxsi yarışında Diki Pangestu finalda Qazaxıstan idmançısı Dmitriy Panarini 2:0 hesabı ilə məğlub edərək MDB oyunlarının qalibi olub.
Qızların şəxsi yarışında Era Maftuha finalda Rusiya təmsilçisi Mariya Qolubevaya 0:2 hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.
Oğlanların qoşa yarışında Diki Pangestu - Məhəmməd Xədafi cütü finalda Rusiya badmintonçuları Georgiy Lebedev - Lev Barinov tandemi ilə qarşılaşıb. 3 set davam edən qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarışıq-qoşa yarışında yarımfinalda Pavel Moniç - Regina Qaliaxmetova (Rusiya) cütünə 0:2 hesabı ilə uduzan Aqil Qəbilov - Era Maftuha tandemi müvafiq kateqoriyada bürünc medal qazanıb.
Qeyd edək ki, daha öncə yeniyetmə və gənc badmintonçularımızdan ibarət Azərbaycan millisi komanda yarışında gümüş medal qazanıb.
----------------------------
Azərbaycan badmintonçusu Era Maftuha Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında gümüş medal qazanıb.
Sportnet.az-ın Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, o, qızların fərdi yarışında finalda yerli idmançı Mariya Qolubevaya 0:2 hesabı ilə uduzub.
------------------------------------
Azərbaycan badmintonçusu Diki Pangestu Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında oğlanların fərdi yarışında final görüşünə çıxıb.
Sportnet.az-ın Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, o, həlledici qarşılaşmada qazaxıstanlı Dmitri Panarinlə üz-üzə gəlib.
Qrup mərhələsində 2:0 hesabı ilə məğlub etdiyi rəqibinə finalda da qalib gələn Pangestu qızıl medal qazanıb.
--------------------------------------
Azərbaycanın daha bir badmintonçusu Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında finala yüksəlib.
Sportnet.az-ın Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, Era Maftuha qızların fərdi yarışında həlledici qarşılaşmaya vəsiqə qazanıb.
O, yarımfinalda Belarus idmançısı Mariya Yanbayevaya 2:0 hesabı ilə qalib gəlib. Maftuhanın finaldakı rəqibi rusiyalı Mariya Qolubeva olacaq.
---------------------------------------
Azərbaycan badmintonçusu Diki Pangestu oğlanların fərdi yarışında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, o, finala gedən yolda Rusiya təmsilçisi Georgi Lebedevlə qarşılaşıb.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançı müvafiq kateqoriyada həlledici oyuna vəsiqə qazanıb. Pangestu finalda qrup mərhələsində 2:0 hesabı ilə məğlub etdiyi qazaxıstanlı Dmitri Panarinlə üz-üzə gələcək.
Final görüşü Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
-----------------------------------------
Azərbaycan badmintonçuları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal qazanıb.
Sportnet.az-ın Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, qarışıq-qoşada mübarizə aparan Aqil Qəbilov / Era Maftuha cütü yarımfinalda Rusiyanı təmsil edən Pavel Moniç / Regina Qaliaxmetova cütünə məğlub olmaqla, 3-cü yer tutub.
Qeyd edək ki, hazırda aktivində 13 qızıl, 11 gümüş və 27 bürünc medal olan Azərbaycan 3-cü pillədə qərarlaşıb.