Azərbaycanda bir neçə federasiyanın prezidenti vəzifəsində dəyişikliklər ediləcək. Sportnet.az-ın əldə etdiyi məlumata görə, bu, ən azı iki federasiyaya rəhbərlik edən şəxslərə şamil olunacaq.
İlk rəsmi dəyişiklik Azərbaycan Cüdo Federasiyasından (ACF) başlayıb. Qurumun prezidenti Rövnəq Abdullayev istefa verərək, yalnız AFFA-nın rəhbəri kimi qalıb. Onu ACF rəhbəri postunda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əvəzləyib.
Eyni zamanda Kəmaləddin Heydərovun Azərbaycan Boks Federasiyası və ya Azərbaycan Taekvondo Federasiyasında, Mikayıl Cabbarovun Azərbaycan Qılıncoynatma Federasiyası və ya Azərbaycan Badminton Federasiyasında qalacağı gözlənilir.
Keçmiş vergilər naziri Fazil Məmmədovun vaxtilə rəhbərlik etdiyi Azərbaycan Güləş Federasiyası, Azərbaycan Velosiped İdmanı Federasiyası və Azərbaycan Otüstü Hokkey Federasiyasında da yeni prezidentlərin seçkisi nəzərdə tutulub.