
"Olimpiya kompleksləri işləməlidir. Amma onlarda da problemlər var".
Sportnet.az-ın məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Olimpiya Komplekslərinin fəaliyyəti barədə danışarkən deyib.
Funksioner bildirib ki, bu idman obyektləri MOK-un balansında deyil: "Komplekslərə rəhbərliyi başqa qurumlar həyata keçirir. Onların fəaliyyətində də müəyyən dəyişikliklər gözləmək olar".