Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin Fransa Açıq Çempionatında ("Roland Garros") iştirakına qadağa qoyula bilər.
Sportnet.az ESPN-ə istinadən xəbər verir ki, buna səbəb onun peyvənd olunmaqdan imtina etməsidir.
Fransanın idman naziri Roksana Marasinyanu bildirib ki, hökumət idmançılardan peyvənd sertifikat tələb etməyi planlaşdırır.
"Rolan Qarros" turniri 16 may - 5 iyunda keçiriləcək.
Qeyd edək ki, Novak Çokoviç "Australian Open"də də iştirak edə bilməyib. Tennisçi turnirə qatılmaq üçün Avstraliyaya getsə də, yanvarın 5-də vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması səbəb olub.