Avropa Məhkəməsi rusiyalı pilot Nikita Mazepinin "Formula 1" və digər beynəlxalq avtomobil yarışlarında iştirakına icazə verib.
Sportnet.az-ın məhkəmənin rəsmi saytına istinadən məlumatına görə, 24 yaşlı sürücü məhdudlaşdırıcı tədbirlərə məruz qalan fiziki və hüquqi şəxslərin siyahısında qalmağa davam edəcək. Amma ona müəyyən güzəştlər tətbiq olunacaq.
O, "Formula 1" üzrə dünya çempionatında və digər digər avtoidman yarışlarında iştirak edə biləcək.
Qeyd edək ki, Nikita Mazepin "Formula 1"də yeganə mövsümünü 2021-ci ildə "Haas" komandasında keçirib. Onun ən yaxşı nəticəsi 14-cü yer olub. "Haas" Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən ötən ilin martında pilotla müqaviləyə xitam verib. Daha sonra isə Böyük Britaniya Mazepinə qarşı sanksiyalar tətbiq edib və onun adı Avropa İttifaqının sanksiya siyahısına salınıb.