“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində yarış zamanı ilk qəza baş verib.
Sportnet.az xəbər verir ki, “Renault”un pilotu Daniel Rikkardo 2-ci döngədə “Toro Rosso”dan Daniil Kvyatı keçmək istəyən zamanı hər iki sürücü yoldan çıxıblar. Həmin anda boldilər arasında təmas baş verməyib.
Lakin Rikkardo geri sürən zaman Kvyatın bolidini vurub. Qəzaya rəğmən, hər iki pilot yollarına davam edə biliblər. Ancaq bir qədər sonra hər iki pilot boksa gedəsi olublar.
Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisi saat 16:10-da start götürüb. 10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında 51 dövrə vuracaqlar və 306,049 km məsafəni geridə qoymaqla qalibi müəyyənləşdirəcəklər