
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.
Sportnet.az-ın məlumatına görə, "Hitech Grand Prix" komandasından Liam Louson bütün rəqiblərini qabaqlayaraq birinci olub.
Onun komanda yoldaşı Yuri Vips ikinci, "Prema Racing"də Oskar Piastri üçüncü yeri tutub.
Səhər saatlarında keçirilmiş sərbəst yürüşü Yuri Vips qazanıb.
Qeyd edək ki, iyunun 5-də "Formula 2"də iki sprint yarışı, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.