"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alpine" komandasının pilotu Esteban Okon Bakıda maraqlı hadisə ilə rastlaşıb.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı sürücü İçəri Şəhər ərazisində azarkeşə avtoqraf verib.
Fanat fransalı pilota imzanı çimərlik oyuncağına atdırıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.