Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Pekin-2022 Qış Olimpiya Oyunlarına həsr olunan rəsmi təqdimatı baş tutub.
Sportnetaz-ın məlumatına görə, "Park İNN" otelindəki tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibi Azər Əliyev, Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qo Min, Naqano-1998-də Azərbaycanı təmsil etmiş fristaylçı Elbrus İsakov, olimpiya çempionları və idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edib.
Tədbirdə əvvəlcə Pekin-2022-yə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra isə həm Ç.Hüseynzadə, həm də səfir Qo Min çıxış edərək idmançılar uğurlar arzulayıblar.
Təqdimat mərasimi Azərbaycan milli komandasının rəsmi formasının nümayişi ilə başa çatıb.