
Britaniyalı tennisçi Herriet Dart WTA-125 turnirinin 1/8 finalında fransalı rəqibi Lua Buassondan gələn xoşagəlməz qoxudan baş hakimə şikayət edib.
Sportnet.az xəbər verir ki, Dart hakimdən rəqibinə xəbərdarlıq etməsini və ona dezodorantdan istifadə etməyi barədə danışmasını istəyib.
Referi isə britaniyalı qadın idmançının tələbinə məhəl qoymayıb.
Matçdan sonra Dart dediklərindən peşman olduğunu qeyd edərək, rəqibindən üzr istəyib.
Fransada keçirilən turnirdə Buasson 6:0, 6:3 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Herriet Dart Qadın Tennis Assosiasiyasının (WTA) reytinqində 110-cu, Buasson isə 303-cü sırada qərarlaşıb.