Belçika cüdosunun ulduzu Bakıda keçiriləcək "Böyük Dəbilqə" yarışında çıxış edəcək.
Sportnet.az xəbər verir ki, söhbət dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Mattias Kassedən (81 kq) gedir.
Kasse artıq iki dəfə Bakıda "Böyük Dəbilqə" yarışlarının fəxri kürsüsünə qalxıb: 2019-cu ildə bürünc, iki il əvvəl isə gümüş medal qazanıb.
Ümumilikdə Belçikanın heyətinə yeddi idmançı daxildir. Onların arasında dünya çempionatının ikiqat mükafatçısı Tom Nikiforovu (100 kq) da qeyd etmək olar.
Qeyd edək ki, yarış fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək.