Azərbaycanın daha iki MMA döyüşçüsü "Global Fıght League"də çıxış edəcək.
Sportnet.az xəbər verir ki, Emin Şərifov və Hamlet Aslanov təşkilatın turnirlərində mübarizə aparacaq.
Hər iki döyüşçü ABŞ-ni təmsil edən "Global Fıght League" ilə müqavilə imzalayıb. Bununla da yeni yaradılan təşkilatdakı Azərbaycan idmançılarının sayı 3-ə çatıb.
Qeyd edək ki, Tofiq Musayev də "Global Fıght League"də çıxış edəcəyini açıqlayıb.