Cüdo üzrə Azərbaycan millisi bu il ölkədən kənarda ikinci təlim-məşq toplanışını keçirir.
Sportnet.az xəbər verir ki, Belçikanın Herstal şəhərində Avropa Cüdo İttifaqının təlim-məşq toplanışı təşkil olunub.
Orada olimpiya çempionu Zelim Kotsoyev (100 kq) və digər cüdoçularımız iştirak edir.
Toplanışa Sloveniya, Türkiyə, Belçika və bir çox başqa ölkələrin komandaları qatılıb.
Məşqlər yanvarın 30-dək davam edəcək.