
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 3 kişi və 2 qadın cüdoçusu tatami üzərinə çıxacaq.
60 kq çəki dərəcəsində mübarizə aparan Murad Muradlı 1/16 final mərhələsində gürcüstanlı Jaba Papinaşvili ilə qarşılaşacaq.
66 kq çəki dərəcəsinin 1/16 finalında Rəşad Yelkiyevlə Nazir Talıbov da gürcüstanlı cüdoçularla üz-üzə gələcəklər. Yelkiyev Luka Saqanelidze, Talıbov isə Laşa Nadiradze ilə münasibətlərə aydınlıq gətirəcək.
Qadınların yarışında 52 kq-da Aydan Vəliyeva 1/8 final mərhələsində Monqolustan təmsilçisi Qal-Od Tserentoqtoxla üz-üzə gələcək.
57 kq-da Fidan Əlizadə 1/16 finalda braziliyalı Bianka Reislə döyüşəcək.
Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqə turnirində ümumilikdə 8 çəki dərəcəsində 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunacaq. Yarışa martın 23-də yekun vurulacaq.