
Slovakiyanın paytaxt Bratislavada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın son 5 sərbəst güləşçisi mübarizəyə qoşulacaq.
Sportnet.az xəbər verir ki, pəhləvanlardan 1-də ilk görüş təsnifat mərhələsinə, 2-də 1/8 finala, 2-də 1/4 finala təsadüf edəcək.
Eyni zamanda, ilk yarış günündə uduzduğu rəqib finala yüksəldiyi üçün bürünc medal şansını qoruyan bir güləşçi təsəlliverici görüşə çıxacaq.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 12:30-da başlanacaq.
61 kq
1/4 final mərhələsi: Nürəddin Novruzov – Zelimxan Abakarov (Albaniya) / Nino Leutert (İsveçrə)
74 kq
Təsnifat mərhələsi: Ağanəzər Novruzov - Yeqor Akuliç (UWW)
86 kq
1/8 final mərhələsi: Arseniy Djioyev – Artur Naifonov (UWW)
92 kq
1/8 final mərhələsi: Osman Nurmaqomedov – Denis Sahalyuk (Ukrayna)
125 kq
1/4 final mərhələsi: Georgi Meşvildişvili – Vladislav Baytsayev (Macarıstan) / Georgi İvanov (Bolqarıstan)
Təsəlliverici görüş
79 kq: Orxan Abasov - Axsarbek Qulayev (Slovakiya)
Saat 20:00-dan etibarən Azərbaycanın daha 3 güləşçisi bürünc medal görüşləri keçirəcək:
57 kq: İslam Bazarqanov - İvaylo Tisov (Bolqarıstan) / Manvel Xndzrtsyan (Ermənistan) cütünün qalibi
65 kq: Əli Rəhimzadə - Stefan Koman (Rumıniya) / Andrey Svirid (Ukrayna) cütünün qalibi
70 kq: Kənan Heybətov - İsmayıl Musukayev (Macarıstan) / Viktor Voynoviç (Serbiya) cütünün qalibi