
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında 3-cü yer uğrunda görüşə çıxıb.
Sportnet.az xəbər verir ki, 73 kq çəki dərəcəsində rəqib macarıstanlı Daniel Seqedi olub.
Rəqibinə cərimə xalları ilə qalib gələn azərbaycanlı idmançı bürünc medal qazanıb.
Qeyd edək ki, bu, Azərbaycanın Avropa çempionatında ikinci medalı olub. ilk yarış günündə Əhməd Yusifov (60 kq) da bürünc medala sahib çıxıb.