UFC-də Azərbaycanı təmsil edən döyüşçü Rafael Fiziyev 2022-ci ildən sonra ilk qələbəsini qazanıb.

 

Sportnet.az xəbər verir ki, bu, Bakıdakı UFC gecəsində Çilidən olan İqnasio Baxamondes üzərində əldə olunub.

 

Üç raundluq döyüşün yekununda hər üç hakim 30:27 hesablı qələbə qeydə alıb.

Bununla da Fiziyev ardıcıl 3 məğlubiyyətdən sonra qalibiyyət əldə edə bilib. Onun hesabında 13 qələbə, 4 məğlubiyyət var. Baxamondes isə 23-cü döyüşündə 6-cı dəfə məğlub olub.

 

Bu döyüşədək Fiziyev UFC-nin yüngül çəkili döyüşçülərinin reytinqində 11-ci yerdə idi.