
Rusiyalı boksçu İmam Xatayev antidopinq qaydalarını pozduğu üçün 2 il müddətinə diskvalifikasiya olunub.
Sportnet.az Beynəlxalq Dopinq-Test Agentliyinin (ITA) rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı idmançıdan 9 aprel 2024-cü ildə götürülmüş nümunədə klomifen və onun metabolitləri aşkarlanıb.
Xatayevin cəza müddəti 25 iyun 2027-ci ildə başa çatacaq. Nümunənin götürüldüyü tarixdən 26 iyun 2025-ci ilədək olan müddətdə onun əldə etdiyi bütün idman nailiyyətləri ləğv olunub.
Qeyd edək ki, İmam Xatayev 2023-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatında 80 kq, Tokio-2020 Yay Olimpiya Oyunlarında 81 kq çəkidə bürünc medal qazanıb. Olimpiadada 81 kqçəkidə digər bürünc medalı Azərbaycan təmsilçisi Loren Alfonso Dominges əldə edib.