
"Komandamız pis çıxış etmədi. 4 medal qazandıq".
Sportnet.az xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş dünya çempionatındakı çıxışlarını dəyərləndirərkən deyib.
Osetiyalı mütəxəssisin sözlərinə görə, yığma saha çox medal əldə edə bilərdi: "Hələlik qızıl medala çatmamışıq. Ümidvaram ki, gələn il və ya 2028-ci il Los Anceles Yay Olimpiya Oyunlarına yaxın elə idmançı hazırlayacağıq ki, qızıl medala namizəd olsun".
O, gənc sərbəst güləşçi Nurəddin Novruzovun medalçılar sırasına düşməsini müsbət hal kimi dəyərləndirib: "İndi bizim gənclərimiz yaxşı mənada Nurəddinə həsəd aparacaq və onlar da Avropa, dünya çempionatlarının qalib-mükafatçısı olmaq istəyəcəklər. Bu, gənclər üçün stimul olacaq".
Qeyd edək ki, dünya çempionatında Azərbaycan sərbəst güləşçilərindən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanacaqlar.