
Gəncə Olimpiya İdman Kompleksində keçirilən III MDB Oyunlarında sərbəst güləş yarışlarına start verilib. İlk yarış günündə Azərbaycan güləşçiləri uğurlu çıxışları ilə fərqləniblər.
Sportnet.az xəbər verir ki 71 kq çəki dərəcəsində mübarizə aparan Nihad Abasov bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib.
Digər güləşçilərimizdən Hacıhüseyn Əhmədzadə (51 kq) və Rəşid Nəzərov (60 kq) gümüş medalla kifayətləniblər. Hüseyn Rzazadə (45 kq), Nəzrin Əhmədli (46 kq), Xədicəxanım Talıbova (53 kq) və Amin Nəsibov (92 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, ilk yarış günündə Azərbaycan güləşçiləri 1 qızıl, 2 gümüş və 4 bürünc medal əldə ediblər.