
Azərbaycanın cüdo millisi III MDB Oyunlarının qarışıq komanda yarışında çempion olub.
Sportnet.az xəbər verir ki, təşkilatçı ölkə yığması finalda Özbəkistan seçməsinə 7:4 hesabı ilə qalib gələrək qızıl medala yiyələnib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları yarımfinalda Tacikistanı 7:3 hesabı ilə üstələmişdi.