
III MDB Oyunlarının proqramına daxil olan güllə atıcılığı üzrə yarışlara yekun vurulub.
Sportnet.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunmuş yarışda Azərbaycanlı güllə atıcısı Vladislav Kalmıkov 10 metr məsafəyə pnevmatik tapançadan solo yarışda gümüş medal qazanıb.
Bundan başqa, Xanna Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan solo yarışda üçüncü olub. Daha öncə Əliyeva gümüş medal da qazanmışdı.
Beləliklə, Azərbaycan güllə atıcıları MDB Oyunlarını 3 medalla başa vurublar.