
Cüdo üzrə Azərbaycan milli komandası Perunun paytaxtı Limada keçirilmiş Qran Prini 7 medalla başa vurub.
Sportnet.az-ın məlumatına görə, sonuncu yarış günündə Murad Fətiyev 90 kq çəki dərəcəsində gümüş, Kənan Nəsibov 100 kq-dan yuxarı çəkidə bürünc medala sahib olub.
Avropa, dünya və olimpiya çempionu Zelim Kotsoyev (100 kq) 3-cü yer uğrunda görüşdə uduzaraq, 5-ci, Uşangi Kokauri (+100 kq) isə təsəlliverici qarşılaşmada məğlub olaraq, 7-ci yeri tutub.
Qeyd edək ki, əvvəlki yarış günlərində Əhməd Yusifov (60 kq) gümüş, Rəşad Yelkiyev, Ruslan Paşayev (hər ikisi 66 kq), Ömər Rəcəbli (81 kq) və Könül Əliyeva (48 kq) bürünc medala sahib olub. Beləliklə, Azərbaycan millisi 2 gümüş, 5 bürünc medalla ümumi hesabda və qadınların yarışında 32 ölkə arasında 11-ci, kişilərin mübarizəsində 6-cı yeri tutub.