Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında bu gün sərbəst güləş üzrə 57 kq, 70 kq, 79 kq və 125 kq-da mübarizəyə start verilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Muhəmmədəli Əlizadə (57 kq) debütdə özbəkistanlı Nodirbek Cumanazarovla bacarmayıb – 0:10.
Kənan Heybətov (70 kq) kanadalı Koul Koqhilə (10:0), belçikalı Muhammad Abdurahmanova (10:0), ermənistanlı Davit Marqaryana (tuş) və amerikalı Piter Dükə (14:4) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Heybətov finalda iranlı Sina Xəliliylə güləşəcək.
Fərid Cabbarov (79 kq) isveçrəli Umar Mavlayevi (3:1) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qazaxıstanlı Yerxan Abilə 0:5 hesabı ilə məğlub olub.
Xetaq Karsanov (125 kq) belaruslu Pavel Dyatlova (12:2) və misirli Abdelrahman Şeyatana (11:0) tam üstünlüklə qalib gəldikdən sonra türkiyəli Hakan Büyükçınqıldan güclü olub – 7:5. O, yarımfinalda ABŞ-dən olan Daniel Herreraya da heç bir şans tanımayıb – 12:2. Karsanov finalda iranlı Abolfazl Necadla güləşəcək.
Həlledici qarşılaşmalar oktyabrın 26-da keçiriləcək.








































































