Oktyabrın 31-də Moldovanın paytaxtı Kişineuda start götürəcək cüdo üzrə U-23 Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, iki gün davam edəcək yarışa milli komandanın böyük məşqçiləri Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 6 çəki dərəcəsində 9 oğlan cüdoçu yollanacaq.
Tatamiyə Murad Muradlı, Hüseyn Allahyarov (hər ikisi 60 kq), İslam Rəhimov (66 kq), Vüsal Qələndərzadə, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, Aslan Kotsoyev (hər ikisi 90 kq), Əjdər Bağırov (100 kq) və Kənan Nəsibov (+100 kq) çıxacaq.
Qitə turnirində 38 ölkədən 314 idmançı medallar uğrunda mübarizə aparacaq.







































































