Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbsitanının paytaxtı Ər Riyadda keçirilmiş VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, yarımfinalda Türkiyə millisinə 45:32 hesabı ilə qalib gələn Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət kollektiv gərgin keçən final qarşılaşmasında Özbəkistan yığmasını 45:43 hesab ilə məğlub edib.
Xədicə Həsənli, Aynur Quliyeva və Nazilə Rəhimovadan ibarət qılıncoynatmanın şpaqa növü üzrə qadınlardan ibarət milli isə komanda yarışında 1/4 finalda BƏƏ yığmasına 45:29 hesabı ilə qalib gəlib. Gərgin keçən yarımfinal görüşündə Özbəkistan komandasına 38:39 hesabı ilə uduzan qadın şpaqaçılar bürünc medal qazanıb.
Daha öncə Vahab Fətullayev kişi şpaqaçıların şəxsi və Palina Kaspiaroviç qadın sablyaçıların şəxsi yarışında bürünc medal əldə edib.





















































































