Azərbaycanlı döyüşçü Nazim Sadıxov Las-Veqasda keçirilən UFC 323 turnirində yüngül çəkidə (70 kq) fransalı Fares Ziama məğlub olub.
Sportnet.az xəbər verir ki, döyüş ikinci raundun son saniyəsində 28 yaşlı Ziamın texniki nokautu ilə başa çatıb.
Bu, 31 yaşlı Sadıxovun peşəkar MMA karyerasında 2-ci məğlubiyyəti olub. Onun aktivindəki qələbə sayı isə 11-dir. Ziam 18-ci qələbəsini qazanıb və onun passivində 4 məğlubiyyət var.
Fares Ziam, Nazım Sadykhov'u ikinci raundda nakavt etti.#UFC323 pic.twitter.com/Om790Vr3s8
— Dövüş Dünyası (@Dovus_Dunyasi) December 7, 2025















































































