Beynəlxalq Cüdo Federasiyasının 2025-ci il üzrə “Cüdo Mükafatları” səsverməsinə başlayıb.
Sportnet.az xəbər verir ki, səsvermədə Azərbaycan Cüdo Federasiyasının icra etdiyi 2 layihə də yer alıb.
Bunlar İlin uşaqlar üçün cüdo layihəsi nominasiyasında "Cüdoya İlk Addım" ("First Step into Judo"), digəri isə "İlin sülh naminə cüdo layihəsi" nominasiyasında "Ümumdünya Cüdo Günü: Sülh" ("World Judo Day – Peace") layihəsidir.
Səsvermə 15 yanvar 2026-cı il tarixində yekunlaşacaq. Hər iştirakçı hər kateqoriya üzrə 1 dəfə səs verə bilər.






































































