Dünya Güləş Birliyi (UWW) 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına lisenziya qazanma prosesinə yenidən baxıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, hər çəki dərəcəsində təsnifatdan keçən 16 güləşçi dörd fərqli yolla olimpiya lisenziyası qazanacaq.
Dünya çempionatı,
Qitəmiqyaslı təsnifat yarışları,
Dünya olimpiya təsnifat yarışları,
UWW reytinqi.
Sərbəst, yunan-Roma və qadın güləşi üzrə 2027-ci il dünya çempionatı təsnifat prosesinin birinci mərhələ olacaq və burada güləşin üç növünün hər birində 6 çəki dərəcəsi olmaqla, ümumilikdə 72 olimpiya lisenziyası uğrunda mübarizə gedəcək. Los-Anceles-2028-də hər çəki dərəcəsində medal qazanan güləşçilər — qızıl, gümüş və iki bürünc medal sahibi — olimpiya lisenziyası alacaq.
Əvvəllər dünya çempionatında 5-6 lisenziya verilirdi.
İkinci mərhələ UWW reytinqi əsasında keçiriləcək. İlk mərhələdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə təsnifatdan keçməyən ümumilikdə üç güləşçinin hər biri Milli Olimpiya Komitəsi adından bir olimpiya lisenziyası qazanacaq.
UWW reytinqi Los-Anceles-2028-dən əvvəl keçirilmiş 7 böyük turnirin nəticələrinə əsasən hesablanacaq:
- 2027-ci ilin böyüklərarası qitə çempionatı,
- 2027-ci ilin reytinq seriyası (3 turnir),
- 2027-ci il böyüklər arasında dünya çempionatı,
- 2028-ci ilin reytinq seriyası (1 turnir),
- 2028-ci ilin böyüklərarası qitə çempionatı.
Üçüncü mərhələ Qitəmiqyaslı Təsnifat Yarışlarıdır. Bura Avropa, Asiya, Pan-Amerika və Afrika / Okeaniya daxildir. Hər çəki dərəcəsində iki finalçı Los-Anceles-2028 lisenziyası qazanacaq. Ümumilikdə 144 güləşçi bu mərhələdə lisenziya əldə edəcək.
Dördüncü və son mərhələ Dünya Olimpiya Təsnifatıdır. Burada hər çəki üzrə qızıl medal sahibi Milli Olimpiya Komitəsi üçün bir lisenziya qazanacaq. Bu mərhələdə yalnız əvvəlki üç mərhələdə lisenziya qazanmaymış ölkələr iştirak edə və hər ölkə yalnız iki güləşçi göndərə bilər.
2028-ci il kvalifikasiya dövrü üçün UWW lisenziyaları aşağıdakı kimi böləcək:
2027-ci il dünya çempionatı — 4 lisenziya
Reytinq Seriyası — 3 lisenziya
Qitə Tənifatları — 8 lisenziya (Avropa 2, Asiya 2, Pan-Amerika 2, Afrika & Okeaniya 2)
Dünya Olimpiya Təsnifatı — 1 lisenziya
Reytinq seriyasına hər ölkə hər çəki dərəcəsində maksimum iki güləşçi göndərə bilər və 2 kq çəki fərqi tətbiq ediləcək. Qitə və dünya çempionatlarında isə standart çəki qaydaları qüvvədədir.
Xatırladaq ki, 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında “seed” (reytinqdəki yer) ölkəyə məxsus olacaq. Yəni, güləşçi dəyişdirilsə belə, ölkə həmin yeri saxlayacaq. Digər turnirlərdə isə "seed" güləşçiyə məxsusdur və fərqli atlet çıxış etsə, ölkə həmin reytinqi itirir.
Yeni sistem Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında güləşçilərin iştirakını təmin etmək üçün tətbiq olunacaq.















































































