Gəncə İdman Sarayında 20 yaşadək güləşçilər arasında keçirilən Azərbaycan çempionatında daha 5 çəkidə finalçılar müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, üçüncü yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da həlledici görüşlərə vəsiqə qazananların adlarına aydınlıq gəlib.
57 kq
Muhəmməd İsmayılov (Neftçi) – Sədrəddin Həsənov (FHN)
65 kq
Ağa Qasımov (Neftçi) – Bəşir Verdiyev (Neftçi)
74 kq
Nurlan Ağazadə (Neftçi) – İsmayıl Rəhimli (Neftçi)
86 kq
Məhəmməd Abbaszadə (Neftçi) – Qəzənfər Kazımlı (Təhsil)
97 kq
Ayxan İmanov (Təhsil) – Fərhad Süleymanlı (Neftçi)









































































