Bu gün Özbəkistanın paytaxtı Daşkənddə Böyük Dəbilqə turniri start götürəcək.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə dörd çəki dərəcəsində Azərbaycanın 7 cüdoçusu tatamiyə çıxacaq.
Kişilər
60 kq, 1/16 final
Əhməd Yusifov – Samariddin Kuçkarov
Balabəy Ağayev – Baxrom Boturov
66 kq, 1/16 final
Nizami İmranov – Minhao Canq
Turan Bayramov – Matan Kokolayev
Qadınlar
48 kq, 1/16 final
Könül Əliyeva – Sevinç Murodova
Şəfəq Həmidova – Venna Cuanq
52 kq, 1/16 final
Leyla Əliyeva – Liliya Nuqayeva
Təsnifat mərhələsi 09:30-dan “JudoTV”də, final bloku 16:00-dan “CBC Sport”un “YouTube” kanalında canlı yayımlanacaq.












































































