1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionatında daha bir medal - YENİLƏNDİ
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Sportnet.az-ın məlumatına görə, ikinci yarış günündə Azərbaycanın daha 4 güləşçisi xalça üzərinə çıxıb.
Onlardan yalnız biri medal qazana bilib. 60 kq çəkidə qadınların yarışında mübarizə aparan Yuliya Ratkeviç ilk görüşündə Bolqarıstandan Canan Manolovanı üstələyib. Yarımfinalda Ukrayna təmsilçisi Oksana Herhellə gərgin keçən görüş bərabərə bitsə də, xalların keyfiyyətinə görə rəqib üstün olub. Ratkeviç Norveçdən Şarlotta Skauenlə bürünc medal uğrunda görüşə çıxıb. Rəqibinə heç bir şans verməyən təmsilçimiz təmiz qələbə qazanaraq çempionatı bürünc medalla tamamlayıb. "Bakı 2015" I Avropa Oyunlarının qalibi Anjela Doroqan isə 53 kq çəki dərəcəsindəki ilk görüşündəcə uduzaraq, mübarizəni dayandırıb.
Sərbəst güləşçilər arasında 65 kq çəki dərəcəsində Ağahüseyn Mustafayev yarışıb. Mübarizəyə 1/16 final mərhələsindən başlayan güləşçi ardıcıl olaraq Slovakiyadan Mikola Bolotnyuku, Estoniyadan Almar Andruseni tam üstünlüklə məğlub edib. 1/4 finalda Fransa təmsilçisi Yuri Syemakindən də üstün olan Mustafayev yarımfinalda İtaliya təmsilçisi, son dünya çempionu Frank Çamizo ilə qarşılaşıb. Bu görüş isə rəqibin üstünlüyü ilə tamamlanıb. Ağahüseyn Mustafayev Ukrayna təmsilçisi Semen Radulovla bürünc medal uğrunda görüşü uduzaraq çempionatı 5-ci sırada başa vurub.
97 kq-da mübarizə aparmalı olan Olimpiya çempionumuz Şərif Şərifov isə zədə səbəbindən mübarizəyə qoşula bilməyib.
53 kq
1/8 final. Anjela Doroqan - Nina Hemmer (Almaniya) - 2:5
60 kq
1/4 final. Canan Manolova (Bolqarıstan) - Yuliya Ratkeviç - 2:8
1/2 final. Oksana Herhel (Ukrayna) - Yuliya Ratkeviç2*:2
Bürünc medal görüşü. Şarlotta Skauen (Norveç) - Yuliya Ratkeviç - 0:8 (tuşe)
65 kq
1/16 final. Mikola Bolotnyuk (Slovakiya) - Ağahüseyn Mustafayev - 0:10
1/8 final. Ağahüseyn Mustafayev - Almar Andruse (Estoniya) - 10:0
1/4 final. Ağahüseyn Mustafayev - Yuriy Syemakin (Fransa) - 6:3
1/2 final. Frank Çamizo (İtaliya) - Ağahüseyn Mustafayev - 11:1Bürünc medal görüşü. Semyon Radulov (Ukrayna) - Ağahüseyn Mustafayev - 5:0
97 kq
1/8 final. Şərif Şərifov - İvan Yankovski (Belarus) (güləşçimiz zədə səbəbindən görüşə çıxmayıb)
Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (48 kq) qızıl, sərbəst güləşçi Aleksandr Qostiyev (86 kq) gümüş medal qazanıb.