1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Aleksandr Qostiyev: "Səhvlərimizi düzəldəcəyik"
"Hər zaman birinci yeri tutmaq istərdim. Amma bu dəfə finalda uduzdum". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın sərbəst güləşçisi Aleksandr Qostiyev Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında çıxışını dəyərləndirərkən deyib.
Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verən 29 yaşlı idmançı 86 kq çəki dərəcəsində gümüş medalı pis nəticə saymadığını bildirib. O, çatışmazlıqlar üzərində məşqçilərlə birgə çalışacağını əlavə edib: "Fikrimcə, növbəti yarışlaradək səhvlərimizi düzəldəcəyik. Gümüş medalı ailəməyə, Azərbaycana həsr edirəm. 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə bütün qadınları, anaları təbrik edirəm. Onlara xoş günlər, xoşbəxt həyat arzulayıram".
Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 86 kq çəki dərəcəsində lisenziyanı ötənilki dünya çempionatında Məhəmmədhacı Xatiyev qazandırıb.