1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Güləşçilərimizdən uğursuzluq: Cəmi 1 lisenziya - YENİLƏNDİ
Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa Təsnifat Turniri Azərbaycan sərbəst, yunan-Roma və qadın güləşçiləri üçün başa çatıb. Sportnet.az-ın məlumatına görə, son yarış günündə Azərbaycanın daha iki güləşçisi Olimpiya vəsiqəsi uğrunda yarışıb.
Kişilərin mübarizəsində Şalva Qadabadze, qadınlardan isə Elis Manolova ilk görüşdəcə uduzaraq, lisenziyasız qalıblar.
Qeyd edək ki, turnirdə finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir. Azərbaycan təmsilçilərindən buna yalnız sərbəst güləşçi Cəbrayıl Həsənov (74 kq) nail olub. O, "Rio-2016"ya vəsiqə ilə yanaşı, qızıl medala yiyələnib.
69 kq (qadın)
1/8 final
Elis Manolova - Aqnieszka Jadviqa Vieszczek-Kordus (POL) - 0:5
98 kq (yunan-Roma)
1/8 final
Şalva Qadabadze - Ardo Arusaar (EST) - 2:3