1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan Türkiyə və Rusiya ilə eyni turnirdə
Aprelin 26-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. Sportnet.az-ın məlumatına görə, 4 gün davam edəcək turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Türkiyə, Bolqarıstan, Rusiya və Qazaxstan pəhləvanları mübarizə aparacaq.
24-25 apreldə isə Bakıda Dünya Güləş Birliyinin növbəti hakimlik kursu təşkil olunacaq. İki gün davam edəcək kursda iştirak edən hakimlər sonda dərəcə imtahanı verərək sınaqdan keçiriləcək. İmtahanı uğurla keçən III dərəcəli beynəlxalq hakimlər II dərəcəli beynəlxalq hakim statusu alacaq.
Turnirin proqramına əsasən, ilk gündə yunan-Roma güləşi üzrə yeniyetmələr, aprelin 27-də yunan-Roma güləşi üzrə gənclər, 28-də sərbəst güləş üzrə yeniyetmələr, son gündə isə sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.
Turnirin rəsmi açılış mərasimi aprelin 26-da saat 17.00-da baş tutacaq.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.