Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatı davam edir. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandası yarışın üçüncü günündə aktivinə daha 4 medal yazdırıb.
Vuqar Budaqov (73 kq), Zaur Paşayev (100 kq), Zaur Bağırov (+100 kq), eləcə də qadın cüdoçu Zülfiyyə Hüseynova (70 kq) qızıl medala sahib olub. Hüseynova görüşlərindən əlindən zədələnsə də, sonadək mübarizə apararaq, istəyinə çatıb.
Beləliklə, Avropa çempionatının ilk 3 günündə Azərbaycan millisi 5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. 38 ölkədən 813 idmançının (702 kişi, 111 qadın) mübarizə apardığı Avropa çempionatında ölkəmiz 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunur.