1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin qalib idmançısı: "Bu, mənim üçün bir sürpriz idi"
Azərbaycanın və "Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib. Sportnet.az-ın məlumatına görə, idmançımız ilk döyüşünü Latviyanın paytaxtı Riqada keçirib.
Ağır çəki dərəcəsində çıxış edən Atakişiyev "Riqa Arena”da təşkil olunan qarşılaşmalar çərçivəsində rusiyalı Vladimir Qonçarovla üz-üzə gəlib. 6 raund davam etməli olan görüş artıq ilk hissədə başa çatıb. Rəqibinə qarşısıalınmaz zərbələr endirən Zamiq 1-ci raundun 2-ci dəqiqəsində texniki nokautla qalib gəlib.
Atakişiyev qarşılaşmadan sonra debütü haqda qısa fikirlərini açıqlayıb: "Mən kikboksçu olsam da, peşəkar boksda debüt etdim. Debütümün belə erkən qələbə ilə başa çatması mənim üçün də gözlənilməz oldu. Bu, bir sürpriz idi”.