1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Azərbaycan çempionatında insident
Bu gün start götürən güləş üzrə Azərbaycan çempionatında insident baş verib. Sportnet.az-ın məlumatına görə, 61 kq çəki dərəcəsində 1/4 final qarşılaşmasında Əli Rəhimzadə ilə Azad İsmayılov arasındakı görüş etirazla yekunlaşıb.
Qarşılaşma 1:1 hesabı ilə nəticələnsə də, hakimlər Rəhimzadəni, daha fəal güləşdiyini əsas gətirərək, qalib elan ediblər. Bundan narazı qalan İsmayılov hakimin qalibi elan etdiyi vaxt onun yanına gəlməkdən imtina edib. Üstəlik, o, rəqibinin uzatdığı ələ məhəl qoymayıb.
Görüşdən sonra isə İsmayılov narazılığını xalça kənarındakı münsiflər heyətinə bildirib. Lakin etirazlara baxmayaraq, qərar dəyişməyib.
Qeyd edək ki, Əli Rəhimzadə Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin, Azad İsmayılov isə "Qəbələ" klubunun idmançısıdır.